İranın yeni prezidenti kimdir? – DOSYE

İranın yeni prezidenti kimdir? – DOSYE
İranın yeni prezidentinin adı məlum olub. İranın Secki Qərargahı açıqlayıb ki, iyunun 18-də keçirilən seçkinin ilkin nəticələrinə əsasən, İbrahim Rəisi qalibdir.

Artıq prezident Həsən Ruhani xələfini təbrik edib.
 
İbrahim Rəisi kimdir?

İbrahim Rəisi 1960-cı ildə İranın əsas dini mərkəzlərindən biri olan Məşhəddə (Noqan məhəlləsində) anadan olub.

O, 15 yaşında İranın dini-siyasi, ideoloji mərkəzinin nüvəsi sayılan Qum hövzəsində təhsil alır.

İbrahim Rəisi hüquqşünasdır. 

Rəisi 1981-ci ildə Kərac şəhərinin prokuroru vəzifəsində çalışıb. Daha sonra isə vəzifəsində bir az da irəliləyərək Həmadan vilayətinin prokuroru kürsüsündə əyləşib.

Az müddət sonra isə, Loristan, Səman və Kirmanşah bölgələrinin prokuroru olub. Onun fəaliyyəti ali dini rəhbər Seyid Əli Xameneinin ürəyincə olduğundan daha yüksək vəzifəyə təyinat alır. O, 1989-cu ildə Tehranın baş prokuroru təyin edilir.

Rəisi 1994-cu ildə ölkənin Müfəttişlik Təşkilatının sədri seçilir 10 il bu vəzifəsində çalışır.  

 2004-cü ildən 2014-cü ilədək ölkənin Ali Məhkəməsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib.

2015-ci ildə ölkənin Ali Dini Rəhbəri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunur. 

Qeyd edək ki, İbrahim Rəisi, bundan əvvəlki prezident seçkilərində də (2017-ci ilin mayın 19-u) namizəd olub.
 
(azxeber)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Peyvənd vurdurmaq istəməyən həkimlər kütləvi şəkildə işdən çıxır

ABŞ-da həkimlərin kütləvi şəkildə işdən çıxması doğum şöbələrinin bağlanması ilə nəticələnib. Sfera.az  xəbər verir ki, ABŞ-ın Nyu-York ştatındakı bə...

Nikol Paşinyan Ərdoğana cavab verdi: Mən hazıram..

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb.   Onun sözlərinə görə, Türkiyə prez...

"Taliban" qadını edama məhkum etdi, qızlarını da silahlılara satdı

Qadınlara təhlükəsiz həyat söz verdiklərinə baxmayaraq, "Taliban” bir qadını qiyabi olaraq ölüm hökmünə məhkum edib. Həmin əfqan qadına bu cəza onu bıçaqlamaq i...

SON DƏQİQƏ! Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni həbs edildi

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni həbs edildi.  Sfera.az BBC-yə istinadən xəbər verir ki, Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni ölkədən 7 m...

ÜST-dən "Delta" ştammı ilə bağlı əhaliyə MÜRACİƏT

"Artıq Azərbaycana koronavirusun "Delta” ştammı gəlib”. Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşki...

Baydenin iti öldü - FOTO

ABŞ Prezidenti Co Bayden və birinci xanım Cill Bayden şənbə günü 13 yaşındakı itləri  Çempin öldüyünü bildiriblər.  Sfera.az xəbər verir ki, cüt...