No Image
No Image

Yay gəldi, "şortik" qalmaqallarına start verildi - Qanun nə deyir?

Yay gəldi,
Bakı şəhər sakini Azər Kərimov bir müddət əvvəl notariat kontoruna buraxılmayıb. Buna vətəndaşın "şortik” geyməsi səbəb olub.
 
Maraqlıdır, Azərbaycan qanunvericiliyində geyimlərlə bağlı hər hansı qadağa nəzərdə tutulubmu?
 
Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Sfera.az-a açıqlama verib. Müsahibimiz öncə dünya təcrübəsindən söz açıb:

"Müxtəlif xəbər saytları  və informasiya agentliklərinin verdiyi məlumata görə, Cənubi Koreyada "Ədəbsiz geyimlər haqqında" qanun qəbul olunub. Bu qanuna əsasən, qısa ətək və digər açıq-saçıq geyimə görə Koreya polisi qadınları 45 dollar məbləğində cərimə edə bilər. Fransada Luvr muzeyinə çimərlik geyimində və ya sinəsi və ayaqları açıq olan insanları buraxmaq qadağandır. Dünya praktikasında həm dövlət orqanlarında, həm kommersiya qurumlarında "dress kod” deyilən geyim qaydaları müəyyən olunur. Türkiyədə isə bu barədə xüsusi qanun var.  Ancaq Azərbaycanda qanunvericilik bu məsələni tənzimləmir və bu barədə hər hansı qanun qəbul edilməyib”.

T.Abdullazadə qeyd edib ki,  buna baxmayaraq, hər bir şirkət və ya dövlət orqanı sərbəst iradə ifadəsi əsasında öz işçiləri üçün müəyyən geyim qaydaları müəyyənləşdirə və "dress kod" qaydalarını yalnız öz işçilərinə münasibətdə tətbiq edə bilər:

"Beləliklə, əgər bu məsələ qanunla tənzimlənmirsə, notariat kontorunun hamılıqla qəbul olunan formada qısa şort geyindiyinə görə öz işçisi olmayan vətəndaşı kontora buraxmamaq hüququ yoxdur. Hesab edirəm ki, bu azadlığın məhdudlaşdırılması və insan hüquqlarının kobud pozuntusudur. Fikrimcə, qanunvericilikdə nəzərdə tutulmayıbsa, cəmiyyətin və ya hər hansı dövlət orqanlarının başqalarına nə geyinməli olduqlarını diktə etmək hüququ yoxdur. Ancaq bütün bunların fonunda nəzərə alınmalıdır ki, vətəndaşlar da öz növbəsində cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdən çəkinməli və digər şəxslərdə ikrah hissi oyatmamalıdırlar”.

Qeyd edək ki, vətəndaşın "şortik” geydiyi üçün notariat kontoruna buraxılmaması ilə bağlı xəbəri "Qafqazinfo" saytı yayıb. 

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır - FOTO

Bakıda fəaliyyət göstərən məşhur "Qoşa qala" restoranı kişi müştərilərinə xəbərdarlıq edib. Bildirilib ki, şortik və səndəl geyinən kişilər içəri buraxılmayacaq...

Polis niyə toyları yoxlamağa başladı? - DİN-dən açıqlama

"Operativ Qərargah əvvəlcədən elan etdi ki, heç bir halda biz hansısa formada inzibati metodlarla toy mərasimlərinə müdaxilə etməyəcəyik”. Sfera.az xəbər ...

Yoluxub sağalanlardan da COVID-19 pasportu tələb olunacaq? - AÇIQLANDI

Azərbaycanda əksər müəssisələrə - restoran, iri ticarət mərkəzləri və s. giriş üçün COVID-19 pasportu tələb olunacaq. Bu barədə Nazirlər Kabinetinin bu gün açıq...

Mənzillər jurnalistlərə, yoxsa şəhid ailələrinə verilsin? - SORĞU - VİDEO

Ötən gün bir qrup jurnalist tərəfindən ölkə başçısına müraciət edilərək onlar üçün tikilən üçüncü binanın şəhid və qazı ailələrinə verilməsi təklif edildi. ...

Vüqar Səfərlinin məhkəmə zalından GÖRÜNTÜLƏRİ - VİDEO

Lent.az Vüqar Səfərlinin məhkəmə zalından eksklüziv görüntülərini əldə edib.   Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnki...

Azərbaycanda bu ailələrə güzəştlər ediləcək - SİYAHI

Nazirlər Kabineti "Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılmas...