No Image
No Image

XİN rəhbəri Britaniyaya təşəkkür etdi

XİN rəhbəri Britaniyaya təşəkkür etdi
Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sfera.az-a verilən məlumata görə, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar barədə məlumat verib. Nazir Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Tərəflər pandemiya ilə bağlı məsələlər, o cümlədən ölkədə sərt karantin rejiminin yumşaldılması istiqamətində görülən tədbirlər, xarici ölkə vətəndaşlarının səfərləri və s. ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Prezidenti BMT-nin ali nümayəndəsini qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. ...

Ceyhun Bayramovla Lavrov Qarabağla bağlı razılaşmanın həyata keçirilməsini müzakirə edib

Bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı baş tutub. Sfera.az Rusiya Xa...

“Rusiya və İran prezidentləri Şuşaya gələ bilməz, çünki...” - Politoloq

"Türkiyə Azərbaycan üçün qardaş ölkədir və prezident Rəcəp Tayyip Ərdoğanın Şuşaya gəlməsi təbii proses idi. Çünki Türkiyə Vətən Müharibəsində yanımızda olub....

Mahir Qurbanov Venesuela kanallarında çıxış etdi - VİDEO/FOTO

Cari ilin 21-24 iyun tarixlərində Venesuelanın paytaxtı Karakas şəhərində keçirilən "Dünya xalqlarının iki yüzillik konqresi" çərçivəsində Qafqaz - İberoamerika...

“Nə qədər icra başçısı tutuldu, nə dəyişdi?” – Erkin Qədirli

"Dövlət yol seçə bilmir, o öncədən çəkilmiş yolla gedir. Buna keçilmiş yoldan asılılıq deyirlər. Azərbaycan da bu mənada istisna deyil”. Sfera.az bildi...

Prezident BƏƏ-nin iqtisadiyyat nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul edib. Sfera.az xəbər verir ...