No Image
No Image

Slavyan Universitetinin gələcək taleyi necə olmalıdır? – Kamran Əsədovdan açıqlama

Slavyan Universitetinin gələcək taleyi necə olmalıdır? – Kamran Əsədovdan açıqlama
"Slavyan Universitetində bəzi ixtisasları ixtisar etməliyik. Digər tərəfdən, bu universitet özəl tədris müəssisəsi kimi fəaliyyət göstərməlidir”
 
Bu sözləri Sfera.az-a açıqlamasında sosial şəbəkələrdə səslənən Slavyan Universitetinin Dillər Universitetinə birləşdirilməsi təklifinə münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib.
 
Ekspert hesab edir ki, belə birləşdirmələrlə təhsildə keyfiyyət dəyişikliyinə nail ola bilməyəcəyik, odur ki, birləşmədənsə bəzi ixtisaslar ləğv edilməlidir: "Bu gün Slavyan Universitetində tədris edilən elə ixtisaslar var ki, onların bağlanması vacibdir. Bu universitet sadəcə rusdilli kontingent üçün və slavyan ölkələrində çalışmaq üçün diplomatik kadrlar hazırlamalıdır. Amma burada azərbaycan dili və ədəbiyyatı, ingilis dili, fransız dili ixtisasları da tədris edilir, bunlar olmamalıdır. Bu ixtisaslar üzrə Bakı Dövlət Universitetilə Pedoqoji Universitet kadr hazırlayır”.

K. Əsədov qeyd etdi ki, təklif edilən birləşmə idarəetmə baxımından mobillik, çeviklik yaradacaq. Buna baxmayaraq, keyfiyyət göstəricisinin əldə edilməsi mümkün olmayacaq. 
 
Həmsöhbətimiz sözügedən universitetin bağlanmasındansa, publik hüquqi şəxs qismində özəl universitetə çevrilməsinin tərəfdarıdır: "Universitetlər özləri özlərini maliyyələşdirməli, dövlət büdcəsindən asılı qalmamalıdır.  Dövlət büdcəsindən maliyyə almaqla heç bir halda keyfiyyət təmin edilməyəcək”.
 
Rüfət SULTAN
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Təhsil İnstitutu narazı müəllimlərə müraciət etdi

Bu günədək 60 000-dən çox şəxsin müraciət etdiyi və indiyə qədər 40 000-ə yaxın namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanları iyulun 5-dən etibar...

Təhsil tələbə kreditini hansı banklar verəcək?

Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi ilə hansı bankalrın məşğul olacağı açıqlanıb.   Sfera.az xəbər ve...

Təhsil kreditlərinin verilmə qaydası açıqlandı - Baş nazirdən QƏRAR

"Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilib. Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsəd...

"Təkrar imtahan imkanı yaradılacaq" - Təhsil Nazirliyindən MİQ imtahanları ilə bağlı tənqidlərə RƏSMİ CAVAB

Təhsil Nazirliyi MİQ imtahanlarında iştirak edən namizədlərin narazılığı ilə bağlı daha bir məlumat yayıb. Sfera.az xəbər verir ki, məlumatda bildirilir k...

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşdı

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, sənəd qəbulu 12-26 iyul tarixlərində...

Tanınmış təhsil eksperti DİM ilə bağlı qanunda boşluqlardan yazdı

"DİM-in imtahanından kəsilən şagirdlər nə etməlidir? Həqiqətən bu sualın cavabı bizim gələcəyimizə böyük təsir göstərəcək. Bilindiyi kimi imtahandan kəsilən oğl...