Sabah Bakıda 40 dərəcə isti olacaq

Sabah Bakıda 40 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, bəzi yerlərdə 41, Bakıda gecə 23-25, gündüz 38-40 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

FHN əhaliyə xəbərdarlıq etdi: Sentyabrın 25-inədək...

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. FHN-dən Sfera.az-a ...

Xərçəngdən əziyyət çəkən qazinin köməyə ehtiyacı var

Vətən müharibəsi iştirakçısı olan Məmişov İlqar Vaqif oğlunun səhhətində ciddi problemlər var. 31 yaşlı qazi Sfera.az-a müraciət edərək bildirib ki, o, xə...

Sumqayıtda bütün avtobuslar kart sisteminə keçir

Sumqayıtda 28 sentyabrdan etibarən marşrutlar kart sisteminə keçir. Bu barədə Sfera.az-a Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən m...

FHN-dən əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə ilə bağlı əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, FHN-in müraciətində bildirilib ki, Milli...

Kamran Əliyev üçtərəfli görüşdən danışdı

MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultanda keçirilən 31-ci iclasında Azərbaycan da...

İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olundu - FOTO

Bu gün Vətən müharibəsində tarix yazan tarix müəllimi Əhmədzadə Familin doğum günüdür. Doğum günü Şəhidlər xiyabanında, məzarı yanında mövcud pandemiya qaydalar...