"Rusiya və Çini hədəf almadığınıza inanmırıq" - Rusiyadan NATO-ya ULTİMATUM

Rusiya Müdafiə Naziri Sergey Şoyqu, NATO-nun bölgədə aktiv raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini Rusiya üçün təhlükə hesab edib.
 
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Şoyqu  22-24 iyun tarixlərində "9-cu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı" çərçivəsində etdiyi çıxışında "Son illərdə raket əleyhinə müdafiə sistemlərinin getdikcə daha geniş miqyasda yerləşdirildiyini görürük və bu sistemlər hücum silahları ilə müşayiət olunur. Rus mütəxəssislər dəfələrlə raket əleyhinə müdafiə sistemlərinin Asiya-Sakit okean bölgəsində sabitliyi pozmaqda rol oynadığına dair xəbərdarlıq edib. Bölgədəki raketdən müdafiə sistemləri NATO tərəfindən Rusiyaya qarşı elementlərdən biri kimi təqdim olunur" deyə, bildirib.
 
Bundan başqa, Şoyqu sistemlərin Rusiya və Çini hədəf almadığına dair ifadələrin etibarlı olmadığını da deyib.
 
Şoyqu əlavə edib ki,  ABŞ Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən (INF) çıxdıqdan sonra bu cür silahların hazırlanması və yerləşdirilməsində məhdudiyyətlərin olmaması vəziyyəti çətinləşdirir, bu Asiyaya da aiddir.
 
Əzizə Zeynal
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR