No Image
No Image

"Rusiya və Çini hədəf almadığınıza inanmırıq" - Rusiyadan NATO-ya ULTİMATUM

Rusiya Müdafiə Naziri Sergey Şoyqu, NATO-nun bölgədə aktiv raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini Rusiya üçün təhlükə hesab edib.
 
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Şoyqu  22-24 iyun tarixlərində "9-cu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı" çərçivəsində etdiyi çıxışında "Son illərdə raket əleyhinə müdafiə sistemlərinin getdikcə daha geniş miqyasda yerləşdirildiyini görürük və bu sistemlər hücum silahları ilə müşayiət olunur. Rus mütəxəssislər dəfələrlə raket əleyhinə müdafiə sistemlərinin Asiya-Sakit okean bölgəsində sabitliyi pozmaqda rol oynadığına dair xəbərdarlıq edib. Bölgədəki raketdən müdafiə sistemləri NATO tərəfindən Rusiyaya qarşı elementlərdən biri kimi təqdim olunur" deyə, bildirib.
 
Bundan başqa, Şoyqu sistemlərin Rusiya və Çini hədəf almadığına dair ifadələrin etibarlı olmadığını da deyib.
 
Şoyqu əlavə edib ki,  ABŞ Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən (INF) çıxdıqdan sonra bu cür silahların hazırlanması və yerləşdirilməsində məhdudiyyətlərin olmaması vəziyyəti çətinləşdirir, bu Asiyaya da aiddir.
 
Əzizə Zeynal
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Təcavüz etmək istəyənlər sərbəst buraxıldı, özünü qoruyan qız isə...

Türkiyənin İzmir şəhərində gənc qıza təcavüz etmək istəyən şəxslər azadlığa buraxılıb. Sfera.az xəbər verir ki, 28 yaşlı Cemre Atəş ona təcavüz etmək istə...

Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı

Gürcüstanda koronavirusun "Delta+” ştammına rast gəlinib. Sfera.az xəbər verir ki, bu barədə ölkənin milli xəstəliklərə nəzarət mərkəzinin rəhbəri Amiran ...

Makron “yeriyən çiçəy”ə çevrildi - VİDEO

Fransa Prezidenti Emmanuel Makron Fransa Poloneziyasını ziyarət edib. Sfera.az xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb. Səfər çərçivə...

Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin edildi - FOTO

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general-polkovnik Ruslan Xomçak vəzifəsindən azad edilib. Sfera.az xəbəır verir ki, bu barədə  bu barədə ...

Bütün dünyanı dolaşan fotonun qəribə tarixçəsi

Bu şəkildə, o dövrdə dünyanın ən məşhur aktrisası Cina Lollobricid o zaman dünyanın ən məşhur adamı olan Yuri Qaqarinə aşiqanə baxışlarla baxır. 1961-ci il...

Qızını boğan atanın ifadəsi dəhşətə gətirdi

İstanbulda (Türkiyə) 20 yaşlı qızını boğub öldürdükdən sonra damarlarını kəsib intihar etmək istəyən ata həbxsanaya göndərilib. Sfera.az xəbər verir ki, a...