No Image
No Image

Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açdı

Rusiya Qara dənizdə Britaniya gəmisinə atəş açdı
Rusiya hərbçiləri Krım yarımadası yaxınlığında Böyük Britaniyanın "Defender” eskadra minadaşıyan gəmisinə xəbərdarlıq atəşi açıblar.

Sfera.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, hadisə Qara dənizdə, Fiolent burnu rayonunda baş verib: "Eskadra minadaşıyan gəmisinə Rusiya Federasiyasının sərhədini pozacağı halda atəş açılacağı barədə xəbərdarlıq edilib. Xəbərdarlığa əməl olunmayıb. Bu səbəbdən sərhəd mühafizə gəmisi xəbərdarlıq atəşi açıb”.

Vurğulanıb ki, bundan bir neçə dəqiqə sonra "Su-24M” təyyarəsi "Defender”in hərəkət istiqamətinə xəbərdarlıq bombası atıb. Bundan sonra Britaniya gəmisi hərəkət istiqamətini dəyişib.

Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, iyunun 23-də "Defender”də Ukrayna, Böyük Britaniya və ABŞ xüsusi təyinatlıları ilə birlikdə təlim keçiblər. Məlumata görə, iyunun 28-dən iyulun 10-dək Qara dənizdə Ukrayna və NATO birgə təlim keçirəcəklər.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Ermənilər insanlığa qarşı qanlı cinayətlər törədiblər" - Numan Kurtulmuş

"Bu gün Gəncədə 44 günlük İkinci Qarabağ müharibəsində ermənilərin törətdikləri insanlıqdan kənar hücumların baş verdiyi ərazidəyik. Bu insanlığa sığmayan, gecə...

Diaspor nümayəndələrinin Şuşaya səfəri davam edir

Azərbaycan diaspor nümayəndələrinin "Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan Şuşa səfəri davam edir. Diasporla İş üzrə Dövlət Komit...

Agentliyin əməkdaşı minaya necə düşüb?

Minatəmizləmə Agentliyi Cəbrayılda minaya düşən əməkdaşı ilə bağlı açıqlama yayıb. Agentlikdən Sfera.az-a bildirilib ki, bu gün qurumun əməkdaşı 26 avqust...

Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmadı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər. Daxili İşlə...

Sumqayıtda yataqxanada uçqun baş verib – VİDEO

Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən 16 saylı yataqxanada uçqun baş verib. Uçqun hadisəsi 16 saylı yataqxananın giriş hissəsində baş verib. Belə ki, ...

17 mindən çox toy qeydiyyata alınıb

İyulun 1-dən etibarən icazə.e-gov.az portalı sırf şənlik mərasimlərinin qeydiyyatı üçün istifadəyə verilib. Şadlıq evlərinin sahibləri tədbirlərin keçirilməsinə...