No Image
No Image

DTX və Baş Prokurorluq 26 erməni terrorçu barədə məlumat yaydı

DTX və Baş Prokurorluq 26 erməni terrorçu barədə məlumat yaydı
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Bildirilib ki, istintaq nəticəsində müəyyən edilmişdir ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törətmişlər. 

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Daha hansı rayonlarımızın mina xəritələri veriləcək? – “Yaxın günlərdə Zəngilan və Cəbrayıl...”

"Ara Ayvazyanın ifşası Ermənistanın digər rayonlar üzrə mina xəritələrini də Azərbaycana verməsi prosesini sürətləndirəcək. Zəngilan, Cəbrayıl rayonlarının mi...

Çörəklərdən niyə qəribə dad gəlir? – Çin “droj”unun yaratdığı fəsad

Çörək qida rasionumuzda əvəzedilməz məhsullardan biridir. Bu baxımdan onu keyfiyyəti, tərkibi hamının maraqlandırmalıdır. Hazırda sosial şəbəkələrdə ən çox mü...

Azərbaycanda toylara icazə verildi - BU TARİXDƏN...

"Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişik...

Azərbaycanda əhaliyə yenidən 190 MANAT VERİLƏCƏK

Dünya Bankı Azərbaycanda COVID-19-la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır. Sfera.az xəbər verir ki, "Azə...

Ermənistanın təqdim etdiyi mina xəritələri saxta çıxıb? – Hərbi ekspertdən son durum açıqlaması

Ermənistan tərəfindən Azərbaycana verilmiş Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı ...

"Bəzi qapalı məkanlarda maska tələbi ləğv ediləcək" - AÇIQLAMA

Artıq iyunun əvvəllərindən etibarən ölkədə karantin rejiminin yumşaldılması istiqamətində addımlar atılır.   Verilən qərarlar içərisində açıq havada mask...