No Image
No Image

Ceyhun Bayramovla Lavrov Qarabağla bağlı razılaşmanın həyata keçirilməsini müzakirə edib

Ceyhun Bayramovla Lavrov Qarabağla bağlı razılaşmanın həyata keçirilməsini müzakirə edib

Bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Sfera.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, söhbət zamanı XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmlə bağlı müzakirə aparıblar.

Nazirlər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər.

Ceyhun Bayramov və Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının, xüsusilə Dağlıq Qarabağda humanitar problemlərin həllinə dair razılaşmaların həyata keçirilməsinə toxunublar.

"Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb”, - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. // "Report"

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bayramov iranlı həmkarı ilə bölgədəki son vəziyyəti müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı ...

TBMM sədri: "Azərbaycanda özümüzü yad hiss etmirik"

"Türkiyənin hər bir yerində Azərbaycana xoş münasibətin şahidi ola bilərik. Biz Azərbaycanda da özümüzü yad hiss etmirik". Sfera.az xəbər verir ki, bu ...

Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb.   İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşd...

İlham Əliyev Pakistan nümayəndə heyətini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul ed...

Bakı Bəyannaməsi imzalandı

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli iclasının yekunu olaraq Bakı bəyannaməsi imzalanıb. Sfera.az bildirir ki, Bəyannaməni Mill...

"Bölgədə sülh üçün işlərimizi sürətləndirəcəyik" - Mustafa Şentop

"Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər dostluq və qardaşlıq əsasında formalaşıb”. Sfera.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məc...