Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI

Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI
Keçən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə (tədris ingilis dilində) ”, III qrupda Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin "Tibb”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisaslarına üstünlük verib.

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, III və IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub.

II qrupda rus bölməsinin abituriyentləri daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin tədrisi rus dilində olan "Maliyyə” ixtisasına meyil ediblər. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İnformasiya texnologiyaları”, V ixtisas qrupunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin "Dizayn (sahələr üzrə)” ixtisasına üstünlük veriblər.

Azərbaycan bölməsində I ixtisas qrupunda "Riyaziyyat müəllimliyi” ixtisasına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.

Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bilik Günündə məktəblərdə gördüklərimiz - FOTOREPORTAJ

Bu gündən etibarən ölkə üzrə ibtidai siniflər üçün yeni tədris ili ənənəvi formada davam edəcək. Yəni bu gün bütün dövlət məktəblərinə Bilik Günü qeyd olun...

Ali məktəblərdə dərslər bu qaydada keçiriləcək - QƏRAR VERİLDİ

Nazirlər Kabineti ali məktəblərdə dərslərin təşkili qaydası ilə bağlı qərar verib. Sfera.az-ın məlumatına görə, bununla bağlı qərarı Baş nazir Əli Əs...

Prezident İlham Əliyev daha iki məktəbə baş çəkdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonr...

Bu tələbələr ödədikləri təhsil haqqını geri alacaqlar

"Oktyabr ayının əvvəli üçün təhsil tələbə kreditlərinin verilməsi planlaşdırılır". Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixti...

Bakıda rus sektorlarının bağlanması çağırışına məşhurlardan CAVAB

"Artıq bir çox MDB ölkələri, o cümlədən Ukrayna, Ermənistan, Gürcüstan,  Mərkəzi Asiya ölkələri rus dilində təhsildən imtina ediblər. Azərbaycanda da bu ad...

Məktəblərdə imtahanların sayı azaldıla bilər - Rəsmi

"Məktəblərdə qiymətləndirmə konsepsiyasına yenidən baxırıq. Ola bilsin hansısa qiymətləndirmə azaldılıb, daha az sayda mərkəzləşdirilmiş imtahanlar keçirilsin"....