No Image
No Image

Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI

Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI
Keçən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə (tədris ingilis dilində) ”, III qrupda Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin "Tibb”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisaslarına üstünlük verib.

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, III və IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub.

II qrupda rus bölməsinin abituriyentləri daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin tədrisi rus dilində olan "Maliyyə” ixtisasına meyil ediblər. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İnformasiya texnologiyaları”, V ixtisas qrupunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin "Dizayn (sahələr üzrə)” ixtisasına üstünlük veriblər.

Azərbaycan bölməsində I ixtisas qrupunda "Riyaziyyat müəllimliyi” ixtisasına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.

Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Ali təhsil müddəti iki və ya üç il olsun...” – Ekspert qanuna dəyişikliklər təklif etdi

"Mühəndislik, turizm ixtisasları üçün 4 il bakalavr təhsili almağa ehtiyac yoxdur, onlara iki-üç ilə yiyələnmək olar. Magistratura pilləsinin bir il olması ki...

Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları açıqlanıb - SİYAHI

Keçən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universi...

Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən AZAD EDİLDİ

Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib. Sfera.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla b...

Xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkə yenidən aktivləşib – "Valideynlər, abituriyentlər bilməlidir ki..."

"Pandemiya səbəbindən xaricdə təhsillə bağlı ləngimələr var. Bir çox xarici universitetlər bununla bağlı ciddi addımılar atmağa başlayıblar”. Bunu Sfe...

Təhsil nazirliyinin oduna ehtiyacı var - TENDERLƏR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderin qalibləri məlum olub. Sfera.az xəbər verir k...

2 xəstəxanada kobud pozuntular aşkarlanıbdı, sənədlər prokurorluqdadır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müə...